Uzun zamandır sənətdən uzaq qalan müğənni Sevinc Ağaşirinovanın səsləndirdiyi fikirlər qalmaqala səbəb olub. Azxeber.com xəbər verir ki, o, ilk dəfə ailə qurduğu üçün sənətdan uzaq qaldığını açıqlayıb.
"6-7 dəfə ərə getmək problem deyil" - Sevincdən qalmaqallı açıqlama
Müğənni, qadınların istəsələr bir neçə dəfə ailə qura biləcəklərini deyib:
"Arada olur ki, sənətdən bezirəm, gedirəm. Amma sonra yenə də oxuyuram. Bu dəfə ailə qurduğum üçün sənətdən getdim. Bu da ki, problem deyil. Seda Sayan kimi 6-7 dəfə ərə getmək problem deyil. Əsas odur ki, mən necə xoşbəxtəmsə, elə də yaşayım. Heç kim mənim ağam deyil, sahibim deyil".