Dövlət tərəfindən Ədliyyə Naziriliyi Penitensiar xidmətinin tabeliyindəki 20 nömrəli məktəbə ayrılan 84 min manatı mənimsəmədə təqsirləndirilən Bakı Şəhər Təhsil İdarəsinin keçmiş əməkdaşı Şahin Təhməzovun məhkəmə prosesinin növbəti iclası keçirilib. Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hazırda Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində işləyən Aydın Rəhimov şahid qismində ifadə verib.
O, ifadəsində bildirib ki, məktəbdə yoxlama zamanı qüsurlar aşkar edib:
"Bakı Şəhər Təhsil İdarəsinin Daxili Nəzarət Sektorunun müdiri vəzifəsində işlədiyim dövrdə, 2022-ci ildə həmin cəzaçəkmə müəssisəsində yerləşən məktəbdə yoxlama aparan zaman qüsurlar aşkar etdik. Saxta əmrlər imzalanmışdı, orda akt tərtib olundu və Elm Və Təhsil Nazirliyinə ünvanlandı. Bizim tərəfdən aşkar olundu ki, həmin 20 nömrəli məktəbdə tədrisə cəlb olunma zəif idi və yaxud ümumiyyətlə yox idi.
Orda tədris məşğələlərində iştirak edən yox idi. Sinif otaqları siyahı üzrə olan tələbə sayına uyğun deyildi. Tədris alanlarla tanış olmaq istədikdə belə şagirdlər demək olar yox idi.
Müəllimlərin işə gəlib-gəlməmə amilini ehtimal etdik, dəqiq deyə bilmərəm kimlər konkret işə gəlib, ya yox. Orda bəzi işçilərin izahatı alınmışdı. Mənə təqdim olunan Nazirliyin göndərdiyi məktubda işçilərin davamiyyəti yoxdur".
Təqsirləndirilən şəxsin vəkili Əbili Həsənov şahidə bəzi suallar ünvanlayıb:
Əbili Həsənov: Siz yoxlama aparan zaman həmin texniki işçilərin işə gəlib-gəlməməsi ilə bağlı davamiyyəti yoxladınız?