Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Rusiyanın sülh prosesinə qoşulmaq şansı yoxdur” - AÇIQLAMA

1 041
Paylaş:
“Rusiyanın sülh prosesinə qoşulmaq şansı yoxdur” -       AÇIQLAMA

“Rusiyanın sülh prosesinə qoşulmaq şansı yoxdur. Sonuncu dəfə Moskva 2022-ci ilin oktyabrında Soçidə prosesi ləngitməyə cəhd göstərdi və uğursuz oldu. Bundan sonra sülh sazişinin müzakirəsində Rusiya yoxdur. İndi qoşulmasını da Ermənistan qəbul etmir. Azərbaycanın da buna ehtiyacı yoxdur. Artıq sülh sazişi ortadadır. Sadəcə, razılaşdırılmayan 3 maddənin yarısı qalıb. Hər maddənin yarısı razılaşdırılıb. Prosesi ləngidən isə Ermənistandır. Konstitusiyanı dəyişmək, preambuladan Qarabağın Ermənistanla birləşməsi barədə hissəni çıxarmaq, həmin 3 bəndi sürətlə razılaşdırmaq lazımdır. Belə olsa, heç kim sülh prosesinə maneə ola bilməz. Nə Qərb, nə də Rusiya”. 

Bu sözləri Pravda.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib. 

Prezident seçkilərinin qalibinin məhz cənab İlham Əliyev olması labüd idi,  ictimai maraqlar bunu tələb edirdi" - RƏY Pravda.az

“Nə qədər ki Ermənistan ədalətli tələbələrimizi qəbul etmək istəmir, təbii, sülh sazişinin imzalanması da mümkün olmayacaq. Çox təəssüf ki, Qərb bu məsələdə konstruktiv mövqe tutmur. Ancaq ədalət naminə deməliyik ki, sülh sazişinin bu səviyyəyə gəlib çıxmasında Qərbin rolu kifayət qədər çox olub. Bütün irəliləyişlər Qərbin Ermənistana təzyiq göstərməsindən sonra başlayıb. Sonuncu addıma ehtiyac var. Qərb Ermənistana dəstək verməməlidir. Əksinə, təzyiq göstərməlidir ki, qısa müddətdə sülh sazişi imzalana bilsin”, - o bildirib. 

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər