Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı oğluna toy keçirib. Toy səhəri "Rəngarəng" verilişinin qonağı olan sənətçi bir çox məqamlara aydınlıq gətirib.
Toyuna gələn şou nümayəndələrinə təşəkkürünü bildirən Afət gəlməyib, pul göndərənlərə isə onların pulu yox, özünü məclisdə görmək istədiyini deyib.
O, aparıcının xoş gününə ən çox kimin pul yazdırması barədə suala ehtiyatla cavab verib. Toyuna gəlməyib, nəmər göndərən keçmiş müğənni, hazırda iş xanımı kimi fəaliyyətinə davam edən Ruhi Əliyevaya efir vasitəsilə təşəkkürünü bildirib.