BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə koronavirusdan vəfat edən qadın belə dəfn edildi

Bu gün Gəncə şəhər sakini Aqil Əfəndiyev Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi xidmətinə zəng edərək bacısının Koronavirus infeksiyasından dünyasını dəyişdiyini və tətbiq olunan sərt karantin rejimi ilə bağlı çarəsiz olduğunun bildirib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müraciətlə bağlı dərhal polis əməkdaşları xüsusi geyimlərdə Məhkəmə Tibbi Ekpertizası və Patalogiya Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gələrək mərhumun cənazəsini xüsusi avtomobillə  qəbiristanlığa aparıb.

 

Karantin rejiminin qaydaları gözlənilməklə qadın islami qaydalarına uyğun dəf edilib.

Tarix: 14 İyun 2020, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin