Sabunçu Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Nəriman İsmayılovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin (CM) 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törədilmiş hesab olunub. CM-in 99-6.4-cü maddəsinin tələbləri və onun əmlakının olmaması nəzərə alınmaqla Nəriman İsmayılovun barəsində cinayət-hüquqi xarakterli tədbir tətbiq edilməyib. Təqsirləndirilən şəxs MMC barəsində tətbiq edilmiş hüquqi şəxsin təsisçilərin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmasına dair təmin tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.