Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Elmar Məmmədyarov: "Rusiya sülh prosesini ləngitməyəcək, çünki Moskvaya Zəngəzur dəhlizi lazımdır"

2 800
Paylaş:
Elmar Məmmədyarov: "Rusiya sülh prosesini ləngitməyəcək, çünki Moskvaya Zəngəzur dəhlizi lazımdır"

“Moskva görüşləri çox vacib və önəmli görüşlərdir. 2020-ci ildən sonra iki dəfə üçtərəfli saziş imzalanmışdı. Yəni Rusiyanın məsuliyyəti çoxdur. Lakin mən belə düşünürəm, elan edilməsə də, artıq Azərbaycan və Ermənistan razılaşdırıblar ki, birbaşa danışıqlar aparsınlar, vasitəçilik olmasın. Onuncu dəfədir, bir-birilərinə sülh sazişi layihəsini göndərirlər. Bundan sonra harada görüşürlərsə, çalışırlar ki, birbaşa görüşsünlər”. 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. 

“Məntiqi baxımdan sülh sazişi Rusiya üçün önəmlidir. Rusiya sülh prosesini ləngitməyəcək, çünki Moskvaya ilk növbədə Zəngəzur dəhlizi lazımdır. Çünki Qərb öz sərhədlərini Rusiyaya bağlayıb. Buna görə də Rusiya yeni marşrutların açılmasına maraqlıdır. Zəngəzur dəhlizi IX bənddir. Təhlükəsizlik baxımından Rusiya sərhədçiləri də sərhədi qorumalıdırlar. Bir sözlə, bu maddə strateji və təhlükəsizlik nöqteyi-nəzərindən Rusiya üçün önəmlidir. Sülh sazişi bağlansa, Ermənistan tərəfinə dəmir yolu və avtomobil yollarının açılması ilə bağlı təzyiq olacaq. Artıq Ermənistanın gətirdiyi arqumentlər işə yaramayacaq”. 

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər