Müğənni Ülviyyə Namazovanın qardaşı Vüqar Namazov bıçaqlandığı iddia edilir. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Qeyd edilib ki, sənətçinin qardaşı Vüqar Namazovun 2 gün əvvəl 5 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib.
Məsələ ilə əlaqədar sözügedən tibb mərkəzi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Ruzbeh Məmməd BAKU.WS-ə açıqlamasında faktı təsdiqləyib.