Sumqayıtda bir neçə təhsil müəssisəsinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub. Pravda.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Üç xanım direktor işdən çıxarıldı
Belə ki, Qönçə Səftərova "Təfəkkür Liseyi"nin direktoru vəzifəsindən, Adilə Süleymanova 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən və Gülbahar Haqverdiyeva isə 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunublar.
Digər əmrlərlə Q.Səftərova 6 nömrəli tam orta məktəbə, A.Süleymanova "Təfəkkür Liseyi"nə, G.Haqverdiyeva isə 63 nömrəli körpələr evinə rəhbər təyin edilib.