Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qanunsuz ov edən 4 əcnəbi saxlanıldı

722
Paylaş:
Qanunsuz ov edən 4 əcnəbi saxlanıldı

Biləsuvar rayonunun inzibati ərazisində ov qaydalarını pozan əcnəbi vətəndaşlar saxlanılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı həmin şəxslərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Zaeif Musabah Humood Alketbi, Khamis Saif Saeed Bin Humood, Jauaan Mubarak Fadel Almazrouei və Mohammed Abdulla Mohammed Almehrzi olduğu müəyyən edilib, onlardan 4 ədəd ov silahı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Paylaş:

Ən son xəbərlər