Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Tünzalə Ağayevanın açıq-saçıq geyimi tənqid olundu, prodüseri isə “normal imicdədir” dedi - VİDEO

1 464
Paylaş:
Tünzalə Ağayevanın açıq-saçıq geyimi tənqid olundu, prodüseri isə “normal imicdədir” dedi -     VİDEO

Xalq artisti Tünzalə Ağayeva son günlər açıq-saçıq geyim tərzi ilə yenidən gündəmə gəlib. 

Pravda.az xəbər verir ki, bir neçə gün öncə sənətçinin “İnstaqram” səhifəsində “Könlüm istər, görəm yarı” mahnısının sədaları altında qara rəngli açıq geyimdə çəkdirdiyi görüntülər xeyli müzakirə olunub. 

Xalq artistinin videosu “Tünzalə Ağayeva transparan geyimdə” başlığı ilə sosial şəbəkələrdə paylaşılıb, tənqid hədəfinə tutulub. 

Çoxları Ağayevanın geyiminə “kombinasiya geyinib, xalq qarşısına çıxıb”, “özünü vulqar göstərmək elit olmaq anlamına gəlmir”, “ayıbdır, heç gözləməzdik”, “sən bizim Xalq artistimiz ola bilməzsən” kimi şərhlər yazaraq onu linç ediblər. 

Pravda.az Tünzalə Ağayevanın barəsində səslənən tənqidlərlə bağlı fikrini öyrənməyə çalışıb. Sənətçinin özü açıqlama verməsə də, prodüseri Yalçın Cabbarov bunları deyib: “Tünzalə xanım 1 il öncə bu haqda fikrini bildirmişdi. Artistlər səhnədə, gərək, həmişə gözəl görünsünlər. Bu, normal bir şeydir. Tünzalə xanım heç vaxt “başı qapalı” səhnəyə çıxmayıb. Bu, yanlış fikirdir.  Bu, vaxtilə bizim tərəfimizdən Tünzalə xanım üçün düşünülmüş imic idi. Bəlli bir müddət həmin geyim tərzində oldu. Sonradan da imicində dəyişiklik baş verib. Burada qeyri-adi geyim, yaxud tərz yoxdur. Azərbaycan şou-biznesində qeyri-adi geyinənlərin sayı kifayət qədər çoxdur. Tünzalə xanım isə normal imicdədir”. 

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər