Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Kazinoların açılması üçün siyasi qərar lazımdır" - Baba Vəziroğlu

1 117
Paylaş:
"Kazinoların açılması üçün siyasi qərar lazımdır" -       Baba Vəziroğlu

“Mən domino, nərd oynamağı bacarmıram, heç kazino nədir, bilmirəm. Azərbaycanda kazinoların açılıb-açılmaması ilə bağlı məsələ ölkə rəhbərliyinin səlahiyyətindədir. Nə qərar qəbul edilərsə, biz də deyərik ki, eşq olsun. Bununla məşğul olan müvafiq dövlət qurumları var. Təbii ki, kazinoların açılması üçün siyasi qərar lazımdır, çünki siyasi qərarla bağlanıb, siyasi qərarla da açıla bilər”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. 

“Kazinoları polis, məhkəmə bağlamayıb ki, deyək, niyə bağlamısınız. Yadımdadır ki, kazinolar Ulu Öndərin hakimiyyəti illərində bağlandı. Cənab Prezident 20 il hakimiyyətdə olduğu müddətində bu məsələyə qayıtmayıbsa, deməli, nəsə bilir ki, qayıtmayıb. Mən həmişə belə məsələlərdə deyirəm ki, Prezidentin qızıl sözləri var: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Onun bildiyi məsələlərə necə müdaxilə edək? Ən yaxşısını Prezident özü bilir”, - B.Vəziroğlu deyib. 

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər