“Qerar.az” saytının baş redaktoru həbs olunub. “Qafqazinfo” xəbər verir ki, onun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olan məlumatlar əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılıb.
Sayt rəhbəri Kamal Qurbanov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar dərc edəcəyi ilə hədələyərək müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir.