Dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan polis zabiti Cavid İsmayılzadənin avtomobilinin qəzadan sonrakı görüntüləri yayılıb.
Qeyd edək ki, dünyasını dəyişən şəxs Nərimanov Rayon Polis İdarəsinin rəis müavini olub.
Xatırladaq ki, vəfat edən şəxsin atası polkovnik Namiq İsmayılov Binəqədi rayonunun sabiq polis rəisi olub.
***
05:00
Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.