Müğənni Vəfa Şərifova həmkarı Afət Fərmanqızını məhkəməyə verib. Axşam.az-ın məlumatına görə, bu barədə o, "Rəngarəng" verilişində deyib. Vəfa bu addımı Afətin sosial mediada onun ünvanına səsləndirdiyi fikirlərə görə atdığını söyləyib:
"Bəli, Afəti məhkəməyə vermişəm. Bu mövzu haqqında çox danışmaq istəmirəm. İş məhkəmədədir. Elə mövzular bu verilişdən başlayıb. Ailəmə və mənim şəxsiyyətimə söyüş, təhqir olub. O dövrdə belə məhkəməyə müraciət etmədim. İndi görün hanı həddə gəlmişəm ki, məhkəməyə müraciət etmişəm. Buraya sosial şəbəkələrdəki canlı yayımlar, paylaşımlar, səhifələrdə yayılması, bir sözlə çox şey daxildir".
Vəfa aprıcının Afəti onun oğlunun toyuna çağırdığı halda niyə getməməsini isə instaqramda canlıda ünvanına "Oğlumun toyuna sırtıqlıq edib gelməz yəqin" deməsinin səbəb olduğunu açıqlayıb.