Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Bakının məşhur məktəbinə direktor təyin olundu

1 308
Paylaş:
Bakının məşhur məktəbinə direktor təyin olundu

Bakıda 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmrinə əsasən, bu vəzifəyə Aygün Mikayılova təyinat alıb.

Aygün Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Avropa Liseyində müəllim olaraq başlayıb. 2005-2006-cı illərdə Bakı Avropa Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, Aygün Mikayılova 2008-ci ildə "Əməkdar müəllim" adına layiq görülüb./Report

Paylaş:

Ən son xəbərlər