“Rahat” marketdə endirimdə olan məhsulun qiyməti müştəridən əvvəlki qiyməti ilə çıxılıb.
Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayət ünvanlayan Səbinə Qasımova adlı müştəri bildirib ki, dəfələrlə “Rahat” marketdə bu halla rastlaşıb.
“Rəflərdə bir qiymət, qəbzdə başqa qiymət. Endirimdə məhsulun qiyməti 2.80 AZN-dən 2.39 AZN-ə düşüb. Amma qəbzdə 3 manat və 3.10 AZN çıxılır. Bu necə olur? “Oba” market də "Rahat"dan geri qalmır”, - o bildirib.