“İnanın ki, Ağadadaş Ağayevlə danışmaq üçün çox cəhd etmişəm, amma telefona cavab vermir. Məlum hadisə baş verən zaman onun qiyabi şəkildə müdafiəsinə qalxdım, özü ilə danışmadım. Hətta bir-iki dəfə mənə televiziya kanallarından zəng etdilər ki, o hadisəni xatırlatmadan sizin də iştirakınızla Ağadadaş müəllimlə veriliş hazırlayaq. Zəng elədim, yenə telefonuma cavab vermədi. Sonra telefonla heç bir əlaqəm olmayıb. Gah telefonu bağlı olur, gah da dəstəyi götürmür. Hər kəs onun səhhəti üçün narahatdır. İnanıram ki, yaxşıdır. Barış Mançonun mahnısında deyildiyi kimi, “qara xəbər tez yayılır...” Təki narahatlıq olmasın”.
Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.