Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Omar Əsgərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 03 iyul 2023-cü il tarixdə, saat 23 radələrində Tərtər rayonu, Səhləbad kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Omar Əsgərov çayxananın qarşısında kiçik futbol meydançasının yan tərəfində rayonun Qazyan kənd sakini, 1993-cü il təvəllüdlü, zərərçəkmiş Umud Bəşirliyə (şərti) üzərində gəzdirdiyi bıçaqla bir dəfə vuraraq ona xəsarət yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov