BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qayınana gəlinini təmizlik işləri görmədiyinə görə döydü

Masallı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mədinə Səmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynal Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

 

İttihama görə, hadisə bu il Masallı rayonunun kəndlərinin birində qeydə alınıb.

 

Belə ki, rayon sakini, 1965-ci il təvəllüdlü Mədinə Səmədova saat 20 radələrində yaşadığı evdə gəlini, zərərçəkmiş Əminə Səmədovaya (şərti) təmizlik işləri görmədiyi üçün irad tutub. Sonra onların arasında ailə məişət zəminində mübahisə baş verib. Bu zamanı o, gəlininin bədəninin müxtəlif nahiyələrinə qəsdən əl ilə zərbələr vurub yerə yıxıb döyüb. Nəticədə zərərçəkmiş şəxsin sol bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumaları əzilib şişkinləşib və geniş qançır, sol bazu və boynun sol yan hissəsində qançırlar yaranıb.

 

Hadisədən sonra Mədinə Səmədova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Məhkəmənin hazırlıq iclasında Mədinə Səmədova cinayət əməlini törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu, Əminə Səmədova ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, gəlininə dəymiş ziyanın tam şəkildə ödənildiyini söyləyərək, iş üzrə icraata xitam verilməsini xahiş edib.

 

Məhkəmədə Əminə Səmədova da təqsirləndirilən şəxsin dediklərini təsdiq edərək hazırda onunla barışdığını, qayınanasından şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edib. 

 

Kamal Məmmədov

 

Tarix: 11 Oktyabr 2024, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin