“Araz” marketdə satışa çıxarılan “Hacı Turqay” halal közləmə sosiskalarının üzərində tərkibində donuz əti və donuz piyi oluduğunu göstərən etiket müştəriləri çaşbaş salıb.
Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Paylaşılan görüntülərdən aydın olur ki, “M & T LTD”yə məxsus “Hacı Turqay” halal sosiskanın tərkibində donuz əti olmadığı göstərilsə də, “Araz” marketin yapışdırdığı etiketdə donuz əti və donuz piyi yazılıb.