Sentyabrın 1-də keçirilən növbədəkənar parlament seçkilərində ilk dəfə deputat seçilən Mircəlil Qasımov "Bakı Məişət Maşınları" açıq səhmdar cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib. Modern.az-ın əldə etdiyi məlumata görə, o, deputat mandatı qazandıqdan sonra ASC-dəki işindən ayrılıb.
Qeyd edək ki, "Bakı Məişət Maşınları" ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. "Bakı Məişət Maşınları" Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qaibov küçəsi ev 6 ünvanında qeydiyyatdadır. Cəmiyyətin nizamnamə kapitalı isə 4527748 manatdır. ASC universal məişət maşınlarının istehsalı və satışı ilə məşğuldur.