Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakının Yeni Suraxanı qəsəbəsində qanunsuz tikinti faktları aşkar edilib

760
Paylaş:
Bakının Yeni Suraxanı qəsəbəsində qanunsuz tikinti faktları aşkar edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq zamanı Bakının Yeni Suraxanı qəsəbəsində qanunsuz tikinti faktları aşkar edib.

Bu barədə Pravda.az-a komitədən bildirilib.

Məlumata görə, qəsəbədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində aparılan özbaşına tikintinin (100 kv.m və 60 kv.m ölçüdə) və qanunsuz zəbt edilən 0,03 ha ərazinin hasarlanma işlərinin qarşısı alınıb.

Bütün faktlar üzrə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin əməkdaşları müvafiq tədbirlər görərək qanunsuz tikililərin söküntüsünü təmin edib.

Paylaş:

Ən son xəbərlər