“Bakı Dövlət Universitetinin Qazax filialında dönərdən kütləvi zəhərlənmə hadisəsi təəssüf doğurur. Bu sahəyə məsul olan adamlar ciddi düşünməlidirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsul olsa da, bu qurum bütün sahələrə nəzarət edə bilməz. Vətəndaş özü də bilməlidir ki, aldığı məhsulun keyfiyyəti, onun saxlanması, qorunması hansı dərəcədədir. Köhnə, yararsız məhsullar süfrəyə gətirilməməli, satışa çıxarılmamalıdır. Heç olmasa, vicdanın səsinə səs verilməlidir. AQTA müəyyən hallara qarşı son illər tədbirlərinin sayını xeyli artırıb. Bunu sosial şəbəkələrdə də görürük, izləyirik. Yenə də deyirəm, məsuliyyəti tam onların üzərinə atmaq fikrində deyiləm. Hər birimiz bu sahədə məsuliyyətimizi dərindən anlamalıyıq. Bilməliyik ki, keyfiyyətsiz qida səhhətimiz, balalarımızın sağlamlığı üçün çox zərərlidir. Ümid edirəm, müvafiq orqanlar BDU-da baş verən hadisəyə qarşı kəskin münasibətlərini bildirəcəklər və bu işdə məsuliyyət daşıyanlar haqda müvafiq tədbirlər görüləcək”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.