Elm tərəfindən sübut edilməsə də, astrologiya göy cisimlərinin insan xarakterinə təsirini izah etməyə çalışır. Astroloqlara görə, hər bürcün özünəməxsus xarakterik xüsusiyyətləri var. Məsələn, kimisi qazandığı pulu sonuna qədər xərcləyib həyatdan zövq almağa çalışır, digəri qazancını hətta özündən belə gizlədir.
Ən xəsis 4 bürcü təqdim edirik:
Əqrəb bürcü
Astrologiya dünyasında dözümlülüyü ilə tanınan əqrəb bürcünü təslim olmuş vəziyyətdə görmək demək olar ki, mümkünsüzdür. Olduqca şübhəçi olan bu bürc insanlara asanlıqla güvənməz.
Həyatları ilə bağlı detalları paylaşmaqdan çəkinən əqrəblər maliyyə vəziyyətləri barədə danışmağı da sevməzlər. Əqrəb bürcü qazandığı pulu öz ehtiyacları üçün xərcləməyi sevsə də, mövzu başqaları olanda, birdən yoxa çıxarlar. Pulu dağıtmağı sevməyən əqrəblər üçün gələcəyi təmin etmək, mehriban olmaqdan daha önəmlidir.