Oktyabrın 10-na keçən gecə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Mor-Mor” restoranında insident baş verib.
Restoranda müştəri qismində olan 1986-cı il təvəllüdlü İ.Həsənov (şərti) dava-dalaş salıb.
O, restoranın qab-qacaqlarını sındırıb, ünvansız söyüşlər işlədərək iaşə obyektinin iş rejimini pozub. Həmçinin hadisə yerinə gələn polis əməkdaşlarına tabesizlik göstərib.