Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.
Pravda.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

