Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd tam orta məktəbində dərs bölgüsü ilə bağlı məktəb rəhbərliyi ilə müəllim aras;nda insident yaşanıb. Qaynarinfo-nun məlumatına görə, məsələyə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli qarışmalı olub.
Belə ki, icra başçısı məsələnin həlli ilə bağlı Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeylanovu məktəbə göndərib. Samir Zeynalov icra başçısının göstərişi ilə dərs saatını nizamlamaq məqsədilə məktəbə gedib, bu məqsədlə direktor bütün ibtidai sinif müəllimlərini bir sinifə toplayıb. İclas zamanı ibtidai sinif müəlimi Səfiyyə Mehdiyevanın narazılığını aradan qaldırmaq üçün dərs saatına heç bir dəyişiklik edilməyib.