Araşdırmalar göstərib ki, xüsusilə bir qida hər il milyonlarla insanın ölümünə səbəb olan ürək xəstəliyi riskini azalda bilər. Hətta xolesterol kimi bir bəlanı qida vasitəsiylə aradan qaldırmaq mümkündür. Axşam.az xəbər verir ki, yediyimiz şey ümumi sağlamlığımız və rifahımız üçün vacib amildir. Bu, bütün dünyada artan bir problem olan ürək-damar sağlamlığına və ya ürəyimizin, qan dövranı sistemimizin fəaliyyətinə də aiddir. Xüsusilə yüksək xolesterin ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri kimi önə çıxır. Bunun səbəbi, damarlarda xolesterinin yığılması, onların daralmasına və qanın düzgün axmasına mane olmasıdır.
Yüksək xolesterol adətən qidalanmadan qaynaqlanır və doymuş yağların istehlakı bu vəziyyəti sürətləndirir. Buna görə səhiyyə təşkilatları insanlara xolesterol səviyyəsini yaxşılaşdırmaq üçün doymuş yağ qəbulunu azaltmağı tövsiyə edir.