"Medera Hospital" MMC-yə yazılan inzibati protokollara baxılacaq tarixlər açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin (DGK) İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib etdiyi protokola Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın sədrliyi ilə oktyabrın 17-də, DGK-nın İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib etdiyi protokola isə Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə oktyabrın 24-də baxılacaq.