Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Mərkəzi Bankın keçmiş rəhbəri vəfat etdi - FOTO

998
Paylaş:
Mərkəzi Bankın keçmiş rəhbəri vəfat etdi -       FOTO

Cənubi Afrika Respublikasının (CAR) Mərkəzi Bankının rəhbəri, əmək naziri və maliyyə naziri vəzifələrində çalışmış Tito Mboveni 66 yaşında vəfat edib. Bu barədə EWN radiostansiyası xəbər yayıb.

Məlumata görə, siyasətçi şənbə günü axşam xəstəxanada ailəsinin əhatəsində dünyasını dəyişib.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa “X” sosial səhifəsində (keçmiş Twitter-red) Mboveninin ailəsinə başsağlığı verib.

"Biz ölkəmizə fəal, iqtisadi siyasətin yenilikçisi və işçilərin hüquqlarının müdafiəçisi kimi xidmət edən lideri və həmvətənimizi itirdik", - CAR prezidenti qeyd edib.

Report

Paylaş:

Ən son xəbərlər