Müğənni Sahib İbrahimov verlişində qonağı olduğu Zaur Kamalın onu efirlərə ehtiyac olduğu vaxtlarında ən çox dəvət edən aparıcı kimi təqdim edib. Pravda.az titul.az-a istinadən xəbər verir ki, Zaur da müğənninin bu etirafına qarşılıq olaraq başına gələn bir qorxunc olay zamanı Sahib İbrahimovun onun həyatını xilas etməsindən söz açıb.
Müğənni Zaurun həyatını XİLAS EDİB - Aparıcı ağır vəziyyətdə Türkiyəyə çatdırılıb - VİDEO
Aparıcı bildirib ki, bir neçə il öncə çox ağır formada panik atak olub. O zaman ona Türkiyədə həkim tapıb, birbaşa ora getməsinə vasitəçi Sahib İbrahimovun olduğunu bildirib. Zaur buna görə, həyatı boyu bu sənətçiyə borclu olduğunu efirdən bəyan edib.