2024-cü ilin oktyabrın 10-da Niderlan Parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli 2 qətnamə qəbul edilib, Niderland xarici işlər naziri bu qətnamələrə dəstək verib.
Pravda.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun Bəyanat yayıb.
Niderland Parlamentinin yaxın tarixə və bu günümüzə aid faktları saxtalaşdıran qətnamələr qəbul etməsi artıq uzun müddətdir ki, Niderlandın cinayətlərlə dolu müstəmləkəçilik siyasətinin ifşa edilməsi ilə məşğul olan Bakı Təşəbbüs Qrupunda təəccüb doğurmur.
Öz müstəmləkəçilik siyasətini Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba-da davam etdirən Niderland bu ərazilərdə məqsədyönlü assimilyasiyaya siyasəti aparır, yerli əhalini adalardan qovaraq, onları Niderlandlılarla əvəz edir, yerli əhalinin nümayəndələrinə ikincidərəcəli “vətəndaşlar” kimi rəftar edir, müstəqillik tərəfdarlarını təqib edir və həbs edir, yerli xalqalara öz ana dillərində təhsil almağa və danışmağa qadağan edir, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir.