BURADA REKLAMINIZ OLA
BİLƏR

Məleykə Əsədova: “Burnumdan başqa hər şeyim özümündür”

"Tək qadın üçün övlad böyütmək çətindir. Həm də işləyən xanımam”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova deyib.

 

Aktirisanın sözlərinə görə, bütün yük öz çiyinlərindədi: “Eyni zamanda da çalışıram övladımı doğru-düzgün böyüdüm. Evin həm kişisi, həm də xanımıyam”.

 

M. Əsədova bildirib ki, burnundan başqa heç bir yerində plastik müdaxilə etdirməyib: "Hər şeyim özümündür. Bircə burnum əməliyyatdır. Dərimə qulluq edirəm. Xaricə gedəndə, ancaq maskalar alıram. Salona getməyə vaxtım olmayanda, evdə üzümə qulluq edirəm. Saçlarım qoymadır. Amma yay olanda çıxardıram. Saç qadını eleqant göstərir. Əvvəl uzun saçlarım var idi. Rəng, kəsim onları məhv etdi".

Tarix: 7 Dekabr 2019, 15:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin