BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Allahverdinin rəhbərlik etdiyi şirkəti cərimə gözləyir - Protokola növbəti baxış tarixi açıqlandı

"Veysəloğlu" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə oktyabrın 22-də növbəti dəfə baxılacaq.

 

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdidir. B.Allahverdi Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədr müavini və “Araz” supermarketlər şəbəkəsinin səhmdarlarından biri və “Veysəloğlu Distribusiya” şirkətinin idarə heyətinin sədridir. Veysəloğlu Şirkətlər Qrupu da tanınmış iş adamı Aydın Veysəl oğlu Talıbova məxsusdur.

 

Xəyal Quliyev

Tarix: 14 Oktyabr 2024, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin