Livan dronlarının İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında hücumu nəticəsində onlarla insan yaralanıb, bəziləri kritik vəziyyətdədir.
Bu barədə “The Jerusalem Post” yazıb.
Nəşr bunu misli görünməmiş hücum adlandırır. İsrailə doğru üç PUA buraxılıb, lakin onlardan biri İsrail ərazisinə dərininə nüfuz edərək Binyamina ərazisinə düşüb. Bu zaman hava həyəcanı siqnalları aktivləşdirilməyib.