Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bəhruz Şirəliyevin rəhbərlik etdiyi apteklər şəbəkəsinə yazılan protokola bu tarixdə baxılacaq

1 054
Paylaş:
Bəhruz Şirəliyevin rəhbərlik etdiyi apteklər şəbəkəsinə yazılan protokola bu tarixdə baxılacaq

“Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyətinə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə oktyabrın 17-də baxılacaq.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: MMC-nin sahibi Bəhruz Şirəliyev Əvəz oğludur.

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər