Xaçmazda əmisi arvadının qətlində təqsirləndirilən Tofiq Balacayevin hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası oktyabrın 15-nə təyin edilib.
Şikayət hakim Azər İsmayılovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Balacayev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Bu ilin 21 mart tarixində Xaçmaz rayonunun Yergüc kəndində, kənd sakini Səfurə Əlişah qızı Balacayeva qətlə yetirilib. Onun qaynı oğlu, 27 yaşlı Tofiq Nofəl oğlu Balacayev tərəfindən qətlə yetirildiyinə şübhələr müəyyən olunub. Həmin şəxs saxlanılıb. O, istintaqa verdiyi ifadəsində törədiyi cinayəti etiraf edib.
Tofiq Balacayevin 66 yaşlı əmisi arvadı Səfurə Balacayevanın başına ağacla çoxsaylı zərbələr vurub öldürdüyü məlum olub.
Xaçmaz rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9 maddəsi ilə cinayət işi başlanıb.
Kamal Məmmədov