Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib.
Pravda.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib.
Pravda.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində yerləşdirildiyi tibb müəssisəsində ölüb.
Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.