Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Fuad Əskərli barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası oktyabrın 22-nə təyin edilib.
Şikayət hakim Mehriban Qarayevanın sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Əskərli 4 il müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbs edilib.