"Gün ərzində diqqət və işgüzarlıq səviyyəsi qidalanma da daxil olmaqla bir çox amillərdən asılıdır".
Bunu Rusiyadakı Skandinaviya Sağlamlıq Mərkəzinin endokrinoloqu Qalina Smirnova gazeta.ru-ya bildirib.
Onun sözlərinə görə, şirniyyatlar, fastfud, şəkər və kofeini yüksək olan içkilər enerji səviyyəsini və konsentrasiya qabiliyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Smirnova şəkərin qan qlükozasında kəskin sıçrayışa səbəb olduğunu izah edib. Bu enerji fiziki fəaliyyət üçün istifadə edilmədikdə, qlükoza yağa çevrilir, bu da trigliseridlərin səviyyəsini artırır, diqqəti və konsentrasiyanı azaldır.