Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Restoranda faciəyə səbəb olan şəxsin işi Ali Məhkəmədə

557
Paylaş:
Restoranda faciəyə səbəb olan şəxsin işi Ali Məhkəmədə

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaqda təqsirləndirilən Rüfət Əkbərlinin barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq. 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 17-nə təyin edilib.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əkbərliyə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 
İttiham aktına əsasən, R.Əkbərli Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Lakin məhkəmə onun əməlini CM-nin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edib və bununla da R.Əkbərlinin cəzası yüngülləşib.
 

Qeyd: Hadisə 2023-cü ilin iyul ayında Bakı şəhəri, Səbail rayonunda qeydə alınıb. Belə ki, rayonun Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi 57 ünvanında yerləşən restoranlardan birində R.Əkbərli iş yoldaşı Azər Ömərovla güləşməyə başlayıb. R.Əkbərli A.Ömərova fənd tətbiq edərək onu zərblə yerə yıxıb. Ağır bədən xəsarətləri alan A.Ömərov hadisə yerində dünyasını dəyişib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər