“Ukraynada saniyədə 300 meqabit internet sürətinə, təxminən, 8 dollar pul ödəyirdim. Eyni modemlə 100 meqabitin qiyməti isə 5 dollar idi. Bu gün Azərbaycanda internetin qiymətini 25 manat etdilər. İstədin, istəmədin, budur. 100 meqabit sürətlə 25 manata yüksək keyfiyyətli internet hər kəsə əlçatan olacaq. Gülməlidir. 25 manat ödəyirik, amma 100 meqabitimizi almırıq. Burada ortaya digər əngəl və hoqqa çıxır. Deyirlər ki, siz modemi dəyişməlisiniz. İstəyirsinizsə, 75 manata bizdən, istəmirsinizsə, başqa yerdən alın. Axı mən 300-500 meqabit sürət götürmürəm. 100 meqabit sürəti eyni modemlə Ukraynada alıram və internet operator bunu sənə pulsuz verir. Burada isə pul vermişəm, gətirib qurublar. İndi də 40 meqabiti mənə 25 manata verirlər. Pul verdiyim 100 meqabiti istəyəndə isə mənə deyirlər ki, bizdən bir dənə də modem almalısınız. O modemi almaq problem deyil, sadəcə, onun gücünə, şüalanmasına ehtiyacım yoxdur...”
Pravda.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı İdris Cəfərov deyib.