Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri çərçivəsində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 44C ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının avtodayanacaq mərtəbəsində fəaliyyət göstərən avtomobil təmiri sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
-avtomobil təmir sexi hündürmərtəbəli yaşayış binasının avtodayanacağında yerləşdirilib və avtomobillərə texniki xidmət fəaliyyəti göstərilir;
- obyektin elektrik naqilləri müvəqqəti asma yolu ilə çəkilib və nasaz elektrik qurğularından, üst örtüyü zədələnmiş elektrik naqillərindən istifadə edilib;
-avtomatik yanğınsöndürmə qurğuları nasaz vəziyyətdədir;