Azərbaycanla sülh müqaviləsi imzalamaqdan hər vəchlə yayınan Ermənistan silahlanmaqla yanaşı, sərhədə qoşun yığmağa başlayıb. Pravda.az Globalinfo.az-a istinadla xəbər verir ki, bir qədər əvvəl erməni hərbçilərin avtobuslarla Azərbaycanla şərti sərhədə göndərilməsinə dair görüntülər - foto və video yayılıb.
Görüntülərdə diqqətçəkən məqam erməni hərbçilərin jest və mimikalarında qələbə, güc mesajının verilməsidir. Bu həmin hərbçilərin sərhədə hansı əhvali-ruhiyyədə göndərilməsi ilə bağlı bəzi ipucları verir.
Sərhədə göndərilənlərin zahiri görünüşündən onların çağırışçı əsgər deyil, təcrübəli hərbçilər olduğu aydın görünür.
Texnika daşınması
Teleqram kanalları iddia edir ki, Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika da daşımağa davam edir. Son aylarda xüsusən Fransa və Hindistandan silah alışını sürətləndirən Ermənistanın bunların bir qismini Azərbaycanla sərhəddə sınaqdan keçirdiyi artıq məlumdur.
Rəsmi Bakı ən yüksək səviyyədə bəyan edib ki, bu silahlanma kütləvi hal alsa və təhdid elementləri daşısa, zəruri tədbirlər görüləcək.