Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Tibb bacısının evinə basqın edərək onu qətlə yetirən şəxslər məhkəmə qarşısında

600
Paylaş:
Tibb bacısının evinə basqın edərək onu qətlə yetirən şəxslər məhkəmə qarşısında

Astarada 77 yaşlı tibb bacısı Məmmədova Zeynəb Əziz qızını qətlə yetirməkdə təqsirləndirilən Məmmədov Elmir Ətrafil oğlu, Əkbərov Vüsal Zaid oğlu və Süleymanov Bəhruz Rəşid oğlunun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası oktyabrın 17-nə təyin edilib.


Şikayət hakim Pərviz Hacıyevin sədrliyi ilə araşdırılacaq.


Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu 13 il, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu 18 il 6 ay və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu 12 il müddətinə azadlıqdan məhrum ediliblər.


Qeyd: Cinayət hadisəsi isə ötən ilin noyabrın 10-da baş verib.


Belə ki, cinayətkar qrup üzvləri Astara rayonu Kakalos kənd sakini Z.Məmmədovanın evinə basqın ediblər. Onlar yaşlı və ağır ürək xəstəsi olan qadının əl-qolunu, eləcə də, ağız və burnunu yapışqan lentlə bağlayıblar.


Cinayətkarlar evdən 475 manat pul, 1338 və 362 manat dəyərində qızıl üzüklər, eləcə də zərərçəkənin qulağında olan dəyəri 466 manat qiymətləndirilən qızıl sırğanı aparıblar.


Qruplaşma üzvləri hadisə yerindən uzaqlaşdıqdan sonra, Z.Məmmədovanın tənəffüs yollarının yapışqan lentlə bağlı qalması və ona yetirilən xəsarətlər qadının ölümünə səbəb olub.


Məlumata görə, Z.Məmmədova evdə tək yaşayırmış.

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər