Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ruslan Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü ləğv olunub. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tam şəkildə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın (ona münasibətdə müəyyən edilmiş pay üzrə) əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət təqibinə xitam verilib və Ruslan Abbasov cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilib.