Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda şirkətə kiber hücum təşkil edən iranlı ilə bağlı QƏRAR

1 238
Paylaş:
Bakıda şirkətə kiber hücum təşkil edən iranlı ilə bağlı     QƏRAR

Bakı Apellyasiya Məhkəməsində kompüter sisteminə qanunsuz daxil olmada və kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilədə təqsirləndirilən Ebrahimi Harris Mohamadın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, İran vətəndaşı Ebrahimi Harris Mohamad “Deniz Egece Neuoroscience Academy” MMC-nin informasiya texnologiyaları sahəsində (İT) xidmətlər göstərib. Onunla bağlanmış əmək müqaviləsinə 08 oktyabr 2021-ci il tarixdə xitam verilib və o, bu barədə məlumatlandırılıb. Sonra Harris Ebrahimi MMC-nin kompyuter məlumatlarına və sosial şəbəkə profillərinə qanunsuz müdaxilə edərək daxil olub.


Cinayət materiallarında qeyd edilib ki, o, kompüter sisteminə daxil olmaq hüququ olmadan kompüter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qəsdən daxil olub, onun kompüter məlumatlarını buna hüququ olmadığı halda qəsdən zədələyib, silib, korlayıb, dəyişdirib və bloklayıb.
 

Beləliklə, İran vətəndaşı tərəfindən 18 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş kiber hücum nəticəsində şirkətə 295 437 manat 34 məbləğində əhəmiyyətli zərər vurulub.


Zərərçəkmiş qismində MMC-nin rəhbəri Şahverdiyev Murad Nail oğlu tanınır.


Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Xəzər Rayon Məhkəməsinin hökmü ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Harris Ebrahimiyə Cinayət Məcəlləsinin 271.1 və 273.1-ci maddələri ilə cəza təyin edilməyib, mülki iddianın qismən təmin olunub. “Deniz Egece Neuoroscience Academy” MMC xeyrinə təqsirləndirilən şəxsdən 295 437 manat 34 qəpik məbləğində vəsaitin tutulması, mülki iddianın qalan hissədə rədd edilməsi hökm edilib.

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər