Astrologiya bizə müxtəlif bürclər altında doğulan insanların bəzi davranış meylləri haqqında ümumi fikir verə bilər.
Astroloqlar artıq bir neçə ildir ki, Bürc əlamətləri ilə insanların xarakter xüsusiyyətləri arasındakı əlaqəni araşdırırlar. Ən maraqlı suallardan biri də hansı əlamətlərin eqoizm təzahürlərinə daha çox meylli olmasıdır. Pravda.az lent.az-a istinadən bildirir ki, astroloji araşdırmalara görə, üç Bürc əlaməti başqalarına nisbətən daha çox eqoist xüsusiyyətlər nümayiş etdirir. Bunlar Şir, Oxatan və Qoçdur.
Şirlər - diqqət mərkəzində olmağı sevən əsl bürc krallarıdır. Onların eqoları tez-tez başqalarının tərifi ilə gücləndirilir, onlar özlərinə və başqalarına qarşı olduqca tələbkar ola bilərlər.