Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda kanaldan meyit tapıldı

663
Paylaş:
Azərbaycanda kanaldan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə “Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun, Ərəbocağı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:

Ən son xəbərlər